Bank Of Baku

Balaxanı Sənaye Parkında emal şirkətlərinə güzəştli şərtlər təklif olunacaq

Balaxanı Sənaye Parkında emal şirkətlərinə güzəştli şərtlər təklif olunacaq
# 13 yanvar 2012 11:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaxın zamanlarda yaradılacaq Balaxanı Sənaye Parkında tullantıların təkrar emalı ilə məşğul olacaq şirkətlərə güzəştli şərtlər təklif olunacaq. «APA-Economics»in məlumatına görə, bunu «Təmiz Şəhər» ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, dövlət başçısı tərəfindən imzalanmış sərəncama əsasən, Balaxanı Sənaye Parkının yaradılması istiqamətində məsləhətçilərlə birgə institusional və hazırlıq işləri aparılır: «Balaxanı Sənaye Parkında tullantıların təkrar emalı ilə həm yerli, həm də xarici şirkətlər məşğul ola biləcək ki, onlara dövlət tərəfindən güzəştli şərtlər təklif olunacaq».

Qeyd edək ki, Balaxanı Sənaye Parkının ərazisində məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılacaq. İqtisadi İnkişaf Nazirliyinə Balaxanı Sənaye Parkının fəaliyyətinin təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını, ofis, konsaltinq, laborator müayinə və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görmək, Balaxanı Sənaye Parkının fəaliyyətinin təşkili, tənzimlənməsi, inkişafı, istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi, habelə bu sahədə böyük təcrübəyə malik məsləhətçi şirkətin cəlb olunması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb. Balaxanı Sənaye Parkının idarə olunması «Təmiz Şəhər» ASC tərəfindən həyata keçiriləcək.

Eyni zamanda, Nazirlər Kabinetinə 3 ay müddətində Balaxanı Sənaye Parkının fəaliyyəti üçün Azərbaycan Dövlət Neft Şirkətinin «Balaxanıneft» Neftqazçıxarma İdarəsinin ərazisindən 7 hektar torpaq sahəsinin İqtisadi İnkişaf Nazirliyinin istifadəsinə verilməsini təmin etməyi tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR