Bank Of Baku

Hindistan hökuməti: İranla ticarət əlaqələrimiz bundan sonra da davam edəcək

Hindistan hökuməti: İranla ticarət əlaqələrimiz bundan sonra da davam edəcək
# 13 yanvar 2012 13:25 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA-Economics. Hindistan hökuməti ABŞ-ın təzyiqlərinə baxmayaraq, İranla ticarət əlaqələrinin davam etdirilməsində israrlı olduğunu bəyan edib.

APA-Economics”in “FARS” xəbər agentliyinə istinadən məlumatına görə, adının açıqlanmasını istəməyən hindistanlı nazir İrandan neft idxalı üçün ABŞ-ın icazəsini gözləməyəcəklərini bildirib.

Nazir “İranla ticarət əlaqələrimiz əvvəl də olub və bundan sonra da davam edəcək” - deyə vurğulayıb. Onun sözlərinə görə, yaxın vaxtlarda bəzi hindistanlı nazirlərin Tehrana səfəri gözlənilir.

Qeyd edək ki, Hindistan İrandan ildə 12 mlrd. dollar dəyərində neft məhsulları idxal edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR