Bank Of Baku

ARDNŞ: Neft-qaz hasilatına mane olan qanunsuz tikililər ilk növbədə söküləcək

ARDNŞ: Neft-qaz hasilatına mane olan qanunsuz tikililər ilk növbədə söküləcək
# 13 yanvar 2012 15:20 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında ARDNŞ-in Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirib.

İdarə rəisinin sözlərinə görə, möhlətin verilməsində məqsəd vətəndaşlara yeni yaşayış yeri ilə bağlı problemi həll etmək, eləcə də qanunsuz torpaq ayıraraq ziyan vuran bələdiyyələrə və digər orqanlara qarşı iddia qaldıraraq onlara dəyən ziyanı ödətdirmək üçün vaxt verməkdir.

ARDNŞ rəsmisi bildirib ki, bu günədək qüvvəyə minmiş 2 mindən artıq məhkəmə qərarından yalnız 1-2-də vətəndaşlar bu vəziyyətə düşdüklərinə görə günahkar olan orqanları məhkəməyə veriblər: «Qalan hallarda onlar gözləmə mövqeyi tutur, ümumiyyətlə məhkəmənin qərarının icrasına tələsmirlər».

Hazırda yaşayış olan qanunsuz evlərin nə vaxt söküləcəyinə toxunan İdarə rəisi bildirib ki, belə vəziyyət sonsuzadək davam edə bilməz: «Məhkəmə qərarlarının icrasının 30 il müddəti var. Amma bu o demək deyil ki, həmin qətnamələrin icrası üçün 30 il gözlənilməlidir».

E.Orucovun sözlərinə görə, neft-qaz hasilatına mane olmayan tikililərin sahiblərinə vaxt verilir: «Əgər bu gün həmin tikililər sökülmədən neft-qaz əməliyyatını hansısa formada aparmaq mümkündürsə, biz bunu edirik. Amma Binəqədidə belə ərazilərin altında 5 mln. tonadək çıxarıla bilən neft ehtiyatı var. Deməli gec-tez bu məsələ həll edilməlidir. Burada konkret müddəti demək çətindir, amma möhlət müddəti çox bilməz. Əgər onlar neft-qaz əməliyyatlarına mane olsa və hasilata ciddi təsir etsə, Neft Şirkəti məcbur olacaq ki, qanunun gücündən istifadə etsin. Amma əminəm ki, buradan başqa yaşayış yeri olmayan vətəndaşların maraqlarının təmin olunması üçün hüquqi addımlar atılacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR