Azərbaycanda neftçilər üçün xüsusi ipoteka proqramı hazırlanıb
ARDNŞ-in Hüquq İdarəsinin rəisi Eldar Orucovun sözlərinə görə, Mənzil Məcəlləsinə əsasən, Neft Şirkətinin mənzil fondunun saxlanması və işçilərin əvvəlki qayda ilə mənzillə təmin edilməsi mümkün deyil. Bununla əlaqədar olaraq, 2008-ci ildən etibarən ARDNŞ-də mənzil növbəsinə qəbul dayandırılıb və şirkətin sosial proqramına bəzi dəyişikliklər edilib. Dəyişikliklərdən biri mənzil növbəsində duranlarla bağlı tələblərin maksimum sərtləşdirilməsi sayəsində onların sayının azaldılması, digəri işçilərin alternativ yollarla mənzillə təmin edilməsini nəzərdə tutur.
Belə ki, ARDNŞ-ə məxsus qeyri-yaşayış sahələrinin təyinatının dəyişdirilərək yaşayış sahələrinə çevrilməsi və buradan işçilərə mənzillərin verilməsi, eləcə də hasilatın başa çatdığı ərazilərdəki torpaq sahələrinin Nazirlər Kabinetinin icazəsi ilə təyinatının dəyişdirilərək fərdi ev tikintisi üçün neftçilərə verilməsi kimi variantlar nəzərdən keçirilib.
Digər variant kimi, neftçilərin mənzil-tikinti kooperativlərinin yaradılması seçilib. İndiyədək ev növbəsində duranlarla yanaşı, bu kooperativə şirkətin istənilən işçisi üzv ola bilər: «Yəni, neftçilər arasında öz imkanı ilə mənzil tikmək imkanı olan adamları cəlb etmək və bura şirkəti də cəlb etmək qərara alınıb».
Kooperativə üzv olanlara ARDNŞ-in hesabına ipoteka kreditləri verilir. ARDNŞ əməkdaşlarına ipoteka kreditlərinin verilməsi üçün agent bank olaraq «Xalq Bank» asc seçilib. ARDNŞ-in ipoteka sxemi belə işləyir: şirkət öz vəsaitlərindən banka illik 3% dərəcəsi ilə depozit yerləşdirir. Bank isə həmin depozit hesabına «Neftçi» kooperativinin üzvlərinə illik 4%-lə ipoteka kreditləri verir. Başqa sözlə, bankın xidmət haqqı 1%-i keçmir. E.Orucovun sözlərinə görə, şirkət bu vəsaiti banka daha aşağı faizlə də yerləşdirə bilərdi, amma faiz siyasətinə görə, ARDNŞ bu vəsaiti xarici banklardan aldığı faizdən aşağı faizlə yerləşdirə bilməz: «Biz bundan heç bir mənfəət əldə etmirik». İpoteka kreditinin verildiyi müddət konkret işçinin əmək haqqından asılıdır. Bu zaman hesablama elə aparılır ki, ipoteka ödənişi işçinin əmək haqqının 50%-ni üstələməsin.
Vaxtı ilə ARDNŞ-də ev növbəsində duranlara ipoteka proqramı çərçivəsində böyük güzəştlər nəzərdə tutulub. Belə şəxslər üçün ilkin məbləği (kooperativə daxil olmaq üçün - mənzilin dəyərinin 50%-ə qədəri) ARDNŞ özü ödəyir.
Ödənilən məbləğin həcmi isə işçinin növbədə durduğu müddətdən asılıdır. Məsələn, 1988-92-ci ildən mənzil növbəsində duranların pulunun 70%-i şirkət tərəfindən ödənilir.
ARDNŞ-in ipoteka proqramında gənc işçilər üçün də güzəştlər nəzərdə tutulub. ARDNŞ-in təqaüd proqramı ilə xaricdə oxuyaraq qurtarıb gələn gənclər də bu kooperativə güzəştli şərtlərlə üzv ola bilərlər. Onların da ilkin məbləğini (50%) ARDNŞ ödəyəcək. Bundan başqa, əvvəllər ARDNŞ-də ev növbəsində olan, sonradan isə hasilatın pay bölgüsü sazişləri əsasında yaradılan əməliyyat şirkətlərində çalışan əməkdaşlar da bu proqrama qoşula bilər. Yeni kooperativdə onlara da ev almaq hüququ verilib.
Hazırda «Neftçi» kooperativi üçün evlərin tikintisi davam edir - bu gün bu kooperativ Badamdar, Xətai və digər yerlərdə yaşayış evləri inşa edir, bəzilərində isə tikinti artıq başa çatıb.
E.Orucovun sözlərinə görə, sınaq kimi ipoteka kreditlərinin verilməsinə bir il əvvəl başlanıb. Bu təcrübə neftçilər arasında razılıqla qarşılanıb və indi bu şərtlərlə kooperativlərə qoşulanların sayı artmağa başlayır: «İndi təkcə əvvəllər ev növbəsinə duranlar deyil, sadəcə ev almaq istəyən neftçilər də kooperativə üzv olurlar. Bu səbəbdən kooperativə ev tikintisi üçün əlavə yerlər ayrılıb».
Ötən ilin sonunda ARDNŞ-ə kooperativin xətti ilə yeni binaların tikintisi üçün yeni torpaq sahələri ayrılıb. Bunların bir hissəsi neft-qaz əməliyyatlarının dayandığı ərazilərdədir. Ümumilikdə, bu məqsədlə ayrılan torpaq sahələri 70 hektardır. Bu ərazilərdən 14 hektarı Hövsanda, 7 hektar Bibi-Heybətdə (jurnalistlərin binası üçün ayrılan yerin yanında) və s. ərazilərdədir. ARDNŞ bu torpaqların təyinatının dəyişdirilərək burada yaşayış evlərinin tikintisinə icazənin verilməsi üçün Nazirlər Kabinetinə müraciət edib, hazırda bu müraciətə baxılır. «Ümid edirik ki, bu torpaqlar ayrılandan sonra növbədə olan digər neftçilərin də mənzil problemi həll ediləcək», - deyə İdarə rəisi vurğulayıb.
Sənaye və energetika
Aİ ölkələri qış mövsümü üçün yeraltı anbarlara 22 mlrd. kubmetr qaz vurub
Dünya bazarlarında neft yenidən bahalaşır
"NYMEX" əmtəə birjasında təbii qazın qiyməti artıb
Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Xəbər Lenti
Britaniya dron istehsalına 6,5 milyard dollardan çox investisiya yatıracaq
Oman Hörmüz boğazından keçid üçün ödəniş tətbiqini dəstəkləmir
Rubio: ABŞ Liviyada birliyin bərpasına kömək edəcək
Starmer Londonda Rutte ilə görüşüb
DÇ-2026: Paraqvay 1/8 finala yüksəlib
Monakoda partlayış nəticəsində üç nəfər yaralanıb
Peruda keçirilən seçkilərdə Keyko Fujimori qalib gəlib
İsrail ordusu Qəzzada HAMAS-ın yeraltı kompleksinə zərbə endirib
"Çikaqo Fayr" Levandovskini transfer etdiyini açıqlayıb
Tramp: Biz hərbi cəhətdən İrana qalib gəlirik
Qəribabadi: Hörmüz boğazındakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq
DÇ-26: Braziliya 1/8 finala çıxıb
Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə sıçrayıb
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1719 nəfərə çatıb, 5000-dən çox insan yaralanıb
Livan hökuməti ordunu İsraillə sərhəd boyunca yerləşdirmək niyyətindədir
İran XİN: Yaxın günlərdə ABŞ tərəfi ilə heç bir səviyyədə danışıqlar aparmayacağıq
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
Quterreş terrorçuların yeni texnologiyalara uyğunlaşmasından danışıb
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Milli Müdafiə Universiteti HHQ ixtisasları üzrə “Zabit hazırlığı kursu”na qəbul elan edib
Fransa və Oman Hörmüz boğazının minalardan təmizlənməsində razılığa gəlib
Mehriban Əliyeva: Süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıb
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
Hacıqabulda 2 mərtəbəli ev yanıb - FOTO
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: Ermənistanı başa düşmürük
ADY yay qrafikinə keçir
Türk Dünyası Həftəsində türk dillərinin inkişaf dinamikası müzakirə olunub
“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib - FOTO
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Tehran-Dubay aviareysi bərpa olunub
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Ağ Ev: Atəşkəs üzrə öhdəliklərimizə əməl edirik, hücumlara cavab vermişik
Rəsmi Moskva: Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür
Birinci Türkoloji Qurultayın 100 illiyi: Bakı Türk dünyasının humanitar gündəmini müəyyənləşdirən platformaya çevrilir
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
Ağ Ev: Kuşner və Uitkof İranla danışıqlarda iştirak edəcək
Sabahdan bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Şagirdlərin dərs vaxtı mobil telefondan və elektron cihazlardan istifadə etməsi qadağan olunub
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub