Bank Of Baku

Nigeriya prezidenti benzinin qiymətini aşağı salmağa razılaşıb

Nigeriya prezidenti benzinin qiymətini aşağı salmağa razılaşıb
# 16 yanvar 2012 10:58 (UTC +04:00)
Bakı - APA-Economics. Nigeriya prezidenti Conatan Qudlok benzinin qiymətinin aşağı salınmasına göstəriş verdikdən sonra həmkarlar ittifaqlarının nümayəndələri neft hasilatını dayandırmayacaqlarını bildiriblər.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, prezident benzinin 1 litrinin qiymətinin 35% ucuzlaşaraq 0,60 dollara endirildiyini bəyan edib.

Qeyd edək ki, yanvarın 1-dən Nigeriyada prezident Conatan Qudlakın başçılıq etdiyi hökumət yanacağa subsidiyaları ləğv edib. Nəticədə benzinin qiyməti 65 nayrdan 150 nayra (0,93 dollara) yüksəlib. Hökumət bununla büdcə xərclərini 6 mlrd. dollar ixtisar etmək və neft emalı sənayesinə investisiyaları təşviq etmək niyyətində olub. Neft hasilatını dayandıracaqlarını bəyan edən həmkarlar ittifaqları isə əhalini kütləvi etiraz aksiyalarına çağırıb.

Nigeriya Afrikanın ən çox neft hasil edən ölkəsidir. Burada gündəlik neft hasilatı 2 mln. bareldir. Buna baxmayaraq, ölkənin neft emalı sənayesi inkişaf etməyib və yanacaq xaricdən alınır. Nigeriya vətəndaşları benzinin qiymətinin çox ucuz olmasını korrupsiyaya uğramış hökumətin azsaylı uğurlarından biri kimi qiymətləndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR