Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti ötən il büdcə ödənişlərini 6% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti ötən il büdcə ödənişlərini 6% artırıb
# 17 yanvar 2012 08:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2011-ci ilin dekabr ayında dövlət büdcəsinə 124,350 mln. manat ödəyib. Bu, 2010-cu ilin dekabr ayına nisbətən 35% azdır.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ümumiyyətlə, 2011-ci il ərzində ARDNŞ dövlət büdcəsinə 1 335,235 mln. manat ödəyib ki, bu da 2010-cu il ilə müqayisədə 5,7% artıqdır.

Bundan başqa, 2011-ci ilin dekabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11,676 mln. manat vəsait köçürüb. Ümumiyyətlə, 2011-ci il ərzində Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 134,509 mln. manat təşkil edib və bu 2010-cu ilə nisbətən 2,5% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR