Bank Of Baku

ABŞ Cənubi Koreyanın İrandan neft idxalını azaltmasını tələb edir

ABŞ Cənubi Koreyanın İrandan neft idxalını azaltmasını tələb edir
# 17 yanvar 2012 08:12 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA-Economics. ABŞ Cənubi Koreyanın İrandan neft idxalını azaltmasını istəyib.

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ Xarici İşlər Nazirliyinin rəsmisi Robert Einhorn Tehran rejiminə nüvə proqramı ilə əlaqədar təzyiq etmək üçün Seuldan İrandan xam neftin ixracatını azaltmağı və İran Mərkəzi Bankı ilə əlaqələri dayandırmağı tələb edib.

Cənubi Koreya hökuməti hələlik bu tələbə rəsmi münasibətini açıqlamayıb. İndiyədək Seul İranın 200-dən artıq şəxs və qrupu ilə maliyyə əlaqələrini dondurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR