Bank Of Baku

ARDNŞ Yunanıstanın DEPA şirkətini almağa tələsmir

ARDNŞ Yunanıstanın DEPA şirkətini almağa tələsmir
# 17 yanvar 2012 12:49 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Yunanıstanın DEPA şirkətinin özəlləşdirilməsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) iştirak edib-etməyəcəyi Yunanıstandakı iqtisadi situasiyadan və DEPA-nın özünün vəziyyətindən asılı olacaq.

«APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, indi şirkət DEPA ilə maraqlanır, amma bəzi məsələləri dəqiqləşdirmək lazımdır: «Yunanıstanın özünün və DEPA-nın vəziyyətinə baxmaq lazımdır. Ola bilər, həmin şirkət bir neçə hissəyə bölünsün. Hazırda şirkətin cəmi 1-2 müqaviləsi var. Onun hissə-hissə və ya bütöv satılmasından asılı olaraq qərar qəbul edilə bilər. Bundan başqa, Yunanıstan bazarının vəziyyəti də nəzərdən keçiriləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR