Bank Of Baku

Yunanıstan Dövlət Qaz Korporasiyasının rəhbəri: “ITGI Azərbaycan qazını Avropaya ən aşağı risklə gətirə bilər”

Yunanıstan Dövlət Qaz Korporasiyasının rəhbəri: “ITGI Azərbaycan qazını Avropaya ən aşağı risklə gətirə bilər”
# 17 yanvar 2012 13:26 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, bu barədə “IGI Poseidon”un sədri və Yunanıstan Dövlət Qaz Korporasiyasının sədri və icraçı direktoru Harrio Saçinis bildirib.

Xəzər hövzəsindən Avropaya təbii qaz nəqli üçün planla əlaqədar Yunanıstan Xarici İşlər və Enerji nazirliklərinin birgə bəyanatını alqışlayan H.Saçinis bildirib ki, ITGI Azərbaycan qazını Avropaya ən aşağı risklə gətirə bilər: “Bundan başqa, ITGI-nin vaxtında həyata keçirilməsini və qazın Xəzərdən Avropa ölkələrinə maksimum mümkün arxayınlıqla nəqlini təmin etməklə kommersiya nailiyyətləri AB üçün mümkün olacaq, əlavə qaz resurslarını birləşdirməklə layihələrin daha da geniş və regional formada inkişaf etdirilməsinə yol açacaq”.

“IGI Poseidon”un icraçı direktoru və İtaliyanın qabaqcıl enerji şirkəti “Edison” beynəlxalq qaz infrastrukturlarının başçısı Elio Ruggeri isə bildirib ki, “ITGI ilkin mərhələdə olan digər layihələrlə müqayisədə öz səlahiyyət və icazələri ilə ən qabaqcıl “Cənub Dəhlizi” layihəsidir”.

Xəzər hövzəsindən Avropaya təbii qaz nəqli üzrə planlarla bağlı Yunanıstan Xarici İşlər və Enerji Nazirliklərinin verdikləri birgə bəyanat yanvarın 13-də verilib.

Qeyd edək ki, ITGI boru kəməri sisteminə IGI (Interconnector Greece-İtaly), ITG (Interconnector Turkey-Greece) və IGB (Interconnector Greece-Bulgaria) aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR