Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti: “Hökumət qanunsuz tikililərlə bağlı qərar hazırlayır”

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti: “Hökumət qanunsuz tikililərlə bağlı qərar hazırlayır”
# 17 yanvar 2012 14:25 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Keşlə qəsəbəsində seçicilər və qanunsuz tikililərin sahibləri ilə keçirilən görüşdən sonra Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, vətəndaşlar bilməlidir ki, gələcəkdə bu ərazidə baş verə biləcək xoşagəlməz hadisəyə görə ARDNŞ heç bir cavabdehlik daşımır

“Keşlə qəsəbəsində ən pis vəziyyət «Şanxay» deyilən zonadadır - orda biabırçı vəziyyət var. Artıq hökumətdə bu məsələnin həlli ilə bağlı müzakirələr və hazırlıq gedir. Ümumiyyətlə, indi hökumətdə bütün evlərin siyahısı və onların planları toplanır. Bu məsələdə fərdi yanaşma mümkün deyil. Bu böyük problemdir və təkcə Keşlədə deyil, Azərbaycanın bir sıra yerlərində vaxtilə belə tikililər tikilib” - deyə ARDNŞ prezidenti qeyd edib.

R.Abdullayev hansı tikililərin sökülüb-sökülməyəcəyini dəqiqləşdirməyib: “Mən bunu deyə bilmərəm. Ona görə ki, hökumət bununla bağlı qərar çıxaracaq - indi hazırlıq gedir. Belə vəziyyətdə bunu qabaqcadan demək tez olardı. Amma cənab prezidentin göstərişi ilə bu məsələ vətəndaşların xeyrinə həll olunmalıdır”.

İndiyədək köçürülən insanların hamısına kompensasiya ödənildiyini bildirən ARDNŞ prezidenti həmin prinsipin burda da qorunacağını vurğulayıb: “Hansı tikilinin yerində qalması mümkündürsə, onlar qalacaq, sökülənlər isə torpaq və ya başqa formada kompensasiya ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR