Bank Of Baku

Beynəlxalq reytinq agentlikləri Azərbaycandakı qanunsuz tikililərlə maraqlanır

Beynəlxalq reytinq agentlikləri Azərbaycandakı qanunsuz tikililərlə maraqlanır
# 17 yanvar 2012 14:40 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Qanunsuz tikililər məsələsi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) beynəlxalq qurumlarla apardığı danışıqlarda da xatırlanır. «APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

«Bilirsiniz ki, beynəlxalq reytinq agentlikləri və beynəlxalq audit təşkilatları, bizim aktivlərin auditini həyata keçirəndə onların hər birini araşdırırlar. Görəndəki aktivlərin (yataqların) üzərində binalar tikilib, onlar bunu təhlükə mənbəyi kimi qeyd edirlər. Çünki dünya standartlarına görə istehsalat sahəsi tam təhlükəsiz olmalıdır» - deyə R.Abdullayev qeyd edib.

ARDNŞ prezidenti xüsusilə Binəqədi ərazisində qanunsuz tikililərlə bağlı problemlərin olduğunu deyib. Onun sözlərinə görə, «Binəqədi Oil» əməliyyat şirkətinin müqavilə sahəsinin 66%-i qanunsuz tikililər tərəfindən zəbt edilib: “Artıq müqavilə üzrə kontraktor bizə müraciət edir ki, öz üzərinə düşən vəzifəni yerinə yetirə, hasilatı iki dəfə artırmalı olduğu halda, artıra bilmir. Çünki müqavilə sahəsinin cəmi 34%-də işləyə bilir. Gələcəkdə həmin şirkət bu vəziyyətə görə itirdiyi məbləğlərə görə ARDNŞ və Azərbaycan hökumətini məhkəməyə verə bilər ki, bu vəziyyət nəticəsində gələcək gəlirlərimdən məhrum olmuşam”.

Keşlə qəsəbəsinə gəlincə, bu ərazidə yerləşən Bakı Neftayırma Zavodunu xatırladan R.Abdullayev bildirib ki, qanunsuz tikililərin olması bu zavodla bağlı əməliyyatlara da mənfi təsir edə bilər: “Bu zavod ölkə iqtisadiyyatının 50-60%-ni yaradır. Zavodun ətrafındakı təhlükə mənbələri gələcəkdə onunla bağlı beynəlxalq standartların tətbiqinə, maliyyə qurumları ilə danışıqlarda bizə problemlər yarada bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR