Bank Of Baku

Roland Kobia: “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyası Azərbaycan iqtisadiyyatına fayda gətirəcək”

Roland Kobia: “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyası Azərbaycan iqtisadiyyatına fayda gətirəcək”
# 18 yanvar 2012 10:03 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Avropa Birliyinin (AB) Azərbaycandakı Nümayəndəliyi 2012-2020-ci illər üçün Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqqında prezident İlham Əliyevin imzaladığı son sərəncamı alqışlayır.

Nümayəndəlikdən “APA-Economics”ə verilən açıqlamada bildirilir ki, Azərbaycan neft və qazdan savayı, günəş, külək, su, geotermal və biokütlə enerjisi kimi böyük yaşıl enerji potensialına malikdir. “Müvafiq qanunvericilik bazasının tezliklə hazırlanması bu yaranan sektorun inkişafına təkan verəcək, Azərbaycan iqtisadiyyatına fayda gətirəcək, iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal məqsədlərin əldə olunmasına töhfə edəcək” - deyə AB-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Roland Kobia qeyd edib.

Onun sözlərinə görə, AB bu sahədəki texnologiyaları və təcrübələrini bölüşməyə hazırdır: “Büdcəyə yardımın göstərilməsi ilə Azərbaycanla AB arasında bərpa edilən enerji sahəsində artıq mövcud olan əməkdaşlıq sərəncamın imzalanması ilə güclənir. Ümid edirik ki, enerjidən səmərəli istifadə kimi daha az əhəmiyyətə malik olmayan sahə üçün də eyni təşəbbüsü görəcəyik”.

Azərbaycanın alternativ və bərpa olunan enerji sektorunun təşviqi üçün optimal şərtlər yaratmaq məqsədilə həqiqətən davamlı enerji sistemi formalaşdırmaq və hüquqi baza qurmaq kimi iddialarının ən yüksək beynəlxalq standartlara uyğun olaraq həyata keçiriləcəyi gözlənilir. Planlaşdırılan strategiya ikitərəfli “Enerji İslahatlarına Dəstək” Proqramı çərçivəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri tamamlayır. AB-nin maliyyələşdirdiyi “Enerji İslahatlarına Büdcə Yardımı” Proqramı Azərbaycanda bərpa olunan enerji mənbələri və enerjidən səmərəli istifadənin qanunvericilik və normativ bazasının hazırlanmasında Sənaye və Energetika Nazirliyinə yardım edir. Bu Proqram çərçivəsində 14 mln. avro ayrılıb. İlk sabit tranş 2010-cu ildə, ikinci tranş isə 2011-ci ilin dekabr ayında köçürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR