Bank Of Baku

Yaponiya İrana qarşı sanksiyaların effektiv olacağına inanmır

Yaponiya İrana qarşı sanksiyaların effektiv olacağına inanmır
# 18 yanvar 2012 14:09 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA-Economics. “Yaponiya hökuməti ABŞ-ın İrana qarşı təklif etdiyi sanksiyaları qəbul edib. Amma onun effektiv olacağına əmin deyil”. “APA-Economics”in “MEHR” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Yaponiyanın maliyyə naziri Dzyun Adzumi jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, sanksiyalar təcili tətbiq edilsə, bu, yapon banklarına çox böyük zərər verəcək: ”Bu gün Tokioya gələn ABŞ rəsmiləri ilə keçiriləcək görüşlərdə bu məsələlər müzakirə olunacaq”.

Qeyd edək ki, D.Adzumi keçən həftə ABŞ maliyyə naziri Timoti Qaytner ilə görüşdükdən sonra bildirib ki, Yaponiya sanksiyalar çərçivəsində tədricən İrandan nefti idxalatını azaldacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR