Bank Of Baku

Azərbaycan və Gürcüstan Ermənistandakı AES-in bağlanması üçün səylərini birləşdirəcək

Azərbaycan və Gürcüstan Ermənistandakı AES-in bağlanması üçün səylərini birləşdirəcək
# 18 yanvar 2012 14:22 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bu məsələ bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin Bakıda səfərdə olan Gürcüstan parlamentinin vitse-spikeri Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə müzakirə olunub.

Görüşdə iki ölkə arasında əlaqələr, xüsusilə energetika sahəsində əməkdaşlıq, enerji sahəsində həyata keçirilən layihələrin hazırkı icra vəziyyəti barədə məlumat mübadiləsi aparılıb, perspektiv layihələr dəyərləndirilib.

Energetika sahəsində Azərbaycanla Gürcüstanın strateji əməkdaşlığının bundan sonra da davam etdirilməsi, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və AGRI layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Cənubi Qafqaz regionunda energetik durum və nüvə təhlükəsizliyi ilə bağlı maraqlı təşəbbüslər qaldırılıb. Ermənistandakı “Metsamor” AES-in fəaliyyətinin dayandırılmasını vacib hesab edən nazir Natiq Əliyev Gürcüstan tərəfinin də bu istiqamətdə Azərbaycanda birgə hərəkət etməsi, Azərbaycanın bu sahədəki mövqeyinə Gürcüstanın da dəstək verməsi barədə təşəbbüs qaldırıb. O bildirib ki, Azərbaycan hökuməti Ermənistandakı AES-in fəaliyyətinin tam dayandırılması ilə bağlı məsələnin beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxarılması ilə bağlı konkret fəaliyyətə başlayıb və 2012-ci ildə bu istiqamətdə bütün səylər intensivləşəcək. N.Əliyev qonşu və müttəfiq ölkə kimi Gürcüstanı da bu istiqamətdə Azərbaycanın mövqeyinə dəstək verməyə çağırıb.

Gürcüstan parlamentinin sədr müavini təşəbbüsü dəstəkləyərək, bu məsələni parlamentin müzakirəsinə çıxaracağını və öz hökuməti qarşısında qaldıracağını bildirib. Qonaq Ermənistandakı AES-in doğrudan da bütün region üçün potensial təhlükə mənbəyinə çevrildiyini bildirərək, bu stansiyanın öz fəaliyyətini tezliklə dayandırmasını vacib sayıb.

Görüşdə Azərbaycan tərəfi Cənubi Qafqazın nüvəsiz zona elan olunması təşəbbüsünü də qaldırıb və qonaq heyət bunu dəstəkləyib. Müzakirələrin nəticəsi olaraq bu sahədə əməkdaşlığın genişləndirilməsi, birgə səylərin koordinasiya olunması və birgə fəaliyyətin təşkili üçün əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR