Bank Of Baku

Azərbaycanda sənaye istehsalı ötən il 5% azalıb

Azərbaycanda sənaye istehsalı ötən il 5% azalıb
# 18 yanvar 2012 14:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanda sənaye sahəsində məhsul istehsalı 2010-cu illə müqayisədə 5% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sənaye məhsulunun 77,9%-i və ya 26,9 mlrd. manatı mədənçıxarma bölməsində, 17%-i (müvafiq olaraq 5,9 mlrd. manatı) emal bölməsində, 4,5%-i (1,6 mlrd. manatı) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6%-i (188,5 mln. manatı) su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Sənaye məhsulu istehsalı neft sektorunda 8,5% azalıb, qeyri-neft sektorunda isə 11,1% artıb.

Emal bölməsinin məhsullarından qida məhsullarının istehsalı 5%, içki istehsalı 8,4%, geyim istehsalı 56,5%, ağac emalı və ağacdan məmulatların istehsalı 23,4%, poliqrafiya məhsulu 12,8%, neft məhsullarının istehsalı 0,9%, kimya məhsullarının istehsalı 27,1%, tikinti materialları istehsalı 4,4%, metallurgiya sənayesi məhsulları istehsalı 1,9 dəfə, kompyuter və digər elektron avadanlıqların istehsalı 22,8%, mebel istehsalı 24,5% artıb.
İl ərzində ölkənin elektrik stansiyalarında 20,1 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub.

Sənaye müəssisələri tərəfindən 593 «Belarus» tipli traktor, 556 ədəd «Lifan» markalı minik avtomobili, 727 ədəd MAZ markalı yük avtomobili, 19,2 min ədəd televizor, 4,3 min ədəddən çox kondisioner istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR