Bank Of Baku

İspaniya İrana qarşı sanksiyaları dəstəklədiyini açıqlayıb

İspaniya İrana qarşı sanksiyaları dəstəklədiyini açıqlayıb
# 18 yanvar 2012 14:55 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İspaniya Avropa Birliyinin İrandan neft idxalına sanksiya tətbiq etmək qərarına dəstək verəcəyini açıqlayıb.

APA-nın məlumatına görə, İspaniyanın xarici işlər naziri Xose Manual Qarsiya-Marqal ölkəsinin İran əsas neft idxalatçısından biri olmasına baxmayaraq, qurumun 1 iyul 2012-ci ildə qüvvəyə minəcək qərarına qoşulacağını bildirib.

Qeyd edək ki, sabah Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin yanvarın 23-də keçirəcəyi toplantıya hazırlıq məqsədilə baş tutacaq yığıncaqda İran neftinə sanksiya qoyulması məsələsi müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR