Azərbaycanda «AAC» Müasir Tikinti Materialları Zavodu fəaliyyətə başlayıb
Açılış mərasimində zavodun texnoloji proses üzrə mütəxəssisi Nail Abasov bildirib ki, Qafqazda ilk dəfə Azərbaycanda tikilən «AAC» Müasir Tikinti Materialları Zavodu Almaniyanın məşhur «Wehrhahn» şirkətinin yüksək texnologiyalı istehsal avadanlığı ilə təchiz edilib. Zavod Bakı-Salyan şosesinin 47-ci km-də 10 hektar ərazidə yerləşir. Burada 12 min kvadrat metr qapalı istehsal sahəsi olan məsaməli beton istehsalı zavodu, 6 min kvadratmetr qapalı sahəsi olan yandırılmış və sönmüş əhəng istehsalı zavodu, Böyük Britaniyanın CDE şirkətinin ən son texnoloji avadanlığı ilə təchiz edilmiş 3,6 min kvadratmetr istehsal sahəsi olan kvars qumu yuma zavodu, 8,8 min kvadratmetr sahəsi olan hazır məhsul və 4,5 min kvadratmetr sahəsi olan xammal anbarları yerləşir. «Həmçinin, burada 1,2 min kvadratmetrlik ofis binası, 1,5 min kubmetrlik su anbarı, 300 metr dəmiryolu xətti, 5,4 min kvadratmetr nəqliyyat vasitələrinin saxlanılma və texniki xidməti sahəsi, habelə 2,5 min kvadratmetrlik digər təsərrüfat obyektləri yerləşir. Zavodun sahəsinə 15 min kvadratmetrlik inkişaf ərazisi də daxildir», - deyə N.Abasov qeyd edib.
Daha sonra istehsalat prosesi ilə bağlı məlumat verən N.Abasov məsaməli beton istehsalında yerli xammaldan istifadə olunduğunu qeyd edib: «Bu, əsasən kvars qumu və əhəng daşıdır. Qum Abşeron rayonunda Umbakı kvars qumu yatağından birbaşa zavoda gətirilir. Əhəng daşı isə Qazax rayonunda yerləşən əhəng daşı karxanasından hasil və emal olunduqdan sonra dəmir yolu vasitəsi ilə zavoda çatdırılır».
Zavodun tikinti üzrə meneceri Luts Vaxte isə bildirib ki, zavodda bütün avadanlıqlar alman texnologiyası əsasında qurulub: «Bu texnologiyanın tətbiqi nəticəsində zavodun bütün məhsulları yüksək keyfiyyətlə istehsal olunur».
İstehsal prosesi haqqında ətraflı məlumat verən zavodun Marketinq və satış Departamentinin müdiri Vüqar Həmidov müəssisənin tikintisinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 mln. manat həcmində güzəştli kreditin ayrıldığını, həmçinin «Synerji Group» şirkəti tərəfindən 30 mln. manata yaxın investisiya yatırıldığını bildirib. «Hazırda zavodun məsaməli beton blokları üzrə gündəlik istehsal gücü 600 kvadrat metr təşkil edir. Bundan başqa, «AAC» Müasir Tikinti Materialları Zavodu gündə 100 ton yandırılmış və 120 ton sönmüş əhəng istehsal edir. Yandırılmış və sönmüş əhəng istehsalı «Wehrhahn» şirkətinin qabaqcıl texnologiyası əsasında qurulub. Zavodda həmçinin təchiz edilmiş laboratoriya vasitəsi ilə xammalın və hazır məhsulun keyfiyyətinə tam nəzarət edilir», - deyə V.Həmidov qeyd edib.
Qeyd edək ki, ötən ilin dekabrın 26-da dövlət başçısı İlham Əliyevin iştirakı ilə «AAC» Müasir Tikinti Materialları Zavodunun rəsmi açılış mərasimi keçirilib.
Sənaye və energetika
Aİ ölkələri qış mövsümü üçün yeraltı anbarlara 22 mlrd. kubmetr qaz vurub
Dünya bazarlarında neft yenidən bahalaşır
"NYMEX" əmtəə birjasında təbii qazın qiyməti artıb
Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Xəbər Lenti
Britaniya dron istehsalına 6,5 milyard dollardan çox investisiya yatıracaq
Oman Hörmüz boğazından keçid üçün ödəniş tətbiqini dəstəkləmir
Rubio: ABŞ Liviyada birliyin bərpasına kömək edəcək
Starmer Londonda Rutte ilə görüşüb
DÇ-2026: Paraqvay 1/8 finala yüksəlib
Monakoda partlayış nəticəsində üç nəfər yaralanıb
Peruda keçirilən seçkilərdə Keyko Fujimori qalib gəlib
İsrail ordusu Qəzzada HAMAS-ın yeraltı kompleksinə zərbə endirib
"Çikaqo Fayr" Levandovskini transfer etdiyini açıqlayıb
Tramp: Biz hərbi cəhətdən İrana qalib gəlirik
Qəribabadi: Hörmüz boğazındakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq
DÇ-26: Braziliya 1/8 finala çıxıb
Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə sıçrayıb
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1719 nəfərə çatıb, 5000-dən çox insan yaralanıb
Livan hökuməti ordunu İsraillə sərhəd boyunca yerləşdirmək niyyətindədir
İran XİN: Yaxın günlərdə ABŞ tərəfi ilə heç bir səviyyədə danışıqlar aparmayacağıq
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
Quterreş terrorçuların yeni texnologiyalara uyğunlaşmasından danışıb
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Milli Müdafiə Universiteti HHQ ixtisasları üzrə “Zabit hazırlığı kursu”na qəbul elan edib
Fransa və Oman Hörmüz boğazının minalardan təmizlənməsində razılığa gəlib
Mehriban Əliyeva: Süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıb
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
Hacıqabulda 2 mərtəbəli ev yanıb - FOTO
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: Ermənistanı başa düşmürük
ADY yay qrafikinə keçir
Türk Dünyası Həftəsində türk dillərinin inkişaf dinamikası müzakirə olunub
“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib - FOTO
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Tehran-Dubay aviareysi bərpa olunub
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Ağ Ev: Atəşkəs üzrə öhdəliklərimizə əməl edirik, hücumlara cavab vermişik
Rəsmi Moskva: Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür
Birinci Türkoloji Qurultayın 100 illiyi: Bakı Türk dünyasının humanitar gündəmini müəyyənləşdirən platformaya çevrilir
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
Ağ Ev: Kuşner və Uitkof İranla danışıqlarda iştirak edəcək
Sabahdan bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Şagirdlərin dərs vaxtı mobil telefondan və elektron cihazlardan istifadə etməsi qadağan olunub
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub