Bank Of Baku

Azərbaycanın Ştutqartdakı fəxri konsulu: “Azərbaycan Almaniyanın vacib və etibarlı enerji tərəfdaşıdır”

Azərbaycanın Ştutqartdakı fəxri konsulu: “Azərbaycan Almaniyanın vacib və etibarlı enerji tərəfdaşıdır”
# 19 yanvar 2012 12:42 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. “Azərbaycan vacib və etibarlı enerji tərəfdaşı kimi Almaniya üçün mühüm əhəmiyyət kəsb edir. Rusiyadan asılılığı azaltmaq üçün Almaniya öz enerji siyasətinin diversifikasiyasını gücləndirməlidir”. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer həftəlik “Wochenzeitung Heidenheim” (Almaniya) qəzetinə müsahibəsində bildirib.

Azərbaycanın inkişafından və “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıqlarından danışan O.Hauzer ölkəmizin böyük inkişaf potensialına malik olduğunu vurğulayıb: “Bakı sürətlə böyüyür, infrastruktur və turizm sahəsi inkişaf edir. 2005-ci ildən bəri Azərbaycan iqtisadiyyatı 113% inkişaf edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR