Bank Of Baku

İran Cənubi Koreyaya xəbərdarlıq edib

İran Cənubi Koreyaya xəbərdarlıq edib
# 19 yanvar 2012 14:40 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran Cənubi Koreyaya xəbərdarlıq edib. APA-nın məlumatına görə, rəsmi Tehran ABŞ-ın sanksiyalarına qoşularaq, İranla ticarət əlaqələrini məhdudlaşdırmaq istəyən Seulun bu addımla özünə zərbə vuracağını bəyan edib.

İranın Cənubi Koreyadakı səfiri Əhməd Məsumifər deyib ki, rəsmi Seul belə bir addım atmazdan əvvəl öz milli və iqtisadi mənafeyini düşünməlidir: “ABŞ-ın sanksiyaları İran deyil, qarşı tərəf üçün təhlükəlidir. Cənubi Koreya hökuməti də bu qərarları tətbiq etdiyi təqdirdə, başqalarından daha çox zərər görəcək. İrana öz nefti üçün müştəri tapmaq heç də çətin deyil. Çünki hazırda 80 mln. barel neft istehsal edilir, ancaq tələb 90 mln. bareldir. Sabah Cənubi Koreyanın İranı yanında tapması çətin ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR