Bank Of Baku

Gürcüstanda on minlərlə insan işıqsız qalıb

Gürcüstanda on minlərlə insan işıqsız qalıb
# 20 yanvar 2012 10:47 (UTC +04:00)
Bakı - APA. Gürcüstanın qərbində güclü qar yağması səbəbindən elektrik xətləri sıradan çıxıb. APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, “Energo-Pro Georgia” enerji paylayıcı şirkətindən bildirilib ki, 73 min abonent işıqsız qalıb.

Qeyd olunur ki, qəza Samerqelo, Quriya və Ajarıstan regionlarını əhatə edib. Hazırda enerji təchizatının bərpası üçün təmir işləri aparılır, lakin hava şəraiti prosesi çətinləşdirir.

Sinoptiklərin proqnozlarına görə, qar yaxın günlərdə kəsiləcək, lakin gələn həftə yenidən yağacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR