Bank Of Baku

Rumıniya prezidenti: “Azərbaycanla münasibətlərimiz böyük iqtisadi əməkdaşlıq potensialına malikdir”

Rumıniya prezidenti: “Azərbaycanla münasibətlərimiz böyük iqtisadi əməkdaşlıq potensialına malikdir”
# 21 yanvar 2012 08:58 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Rumıniya prezidenti Trayan Basesku ölkədə akkreditə olunmuş diplomatik missiya rəhbərləri ilə illik görüşündə bildirib.

O, Rumıniyanın milli təhlükəsizliyin prioritet vəzifəsi hesab etdiyi enerji təhlükəsizliyinin təmin olunmasında adı çəkilən ölkələrin mühüm rola malik olduğunu vurğulayıb. Prezident bu baxımdan AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin reallaşmasının Rumıniya üçün əhəmiyyətini nəzərə çatdırıb.

Xatırladaq ki, ötən il 13 aprel 2010-cu ildə Buxarestdə Rumıniya, Azərbaycan və Gürcüstan arasında AGRI layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu imzalanıb. Sentyabrın 14-də isə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıb. Layihə Azərbaycanın təbii qazının boru xətləri vasitəsilə Gürcüstanın Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda mayeləşdirilərək, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən təbii qaz şəklində bu ölkənin ərazisində mövcud olan qaz infrastrukturu şəbəkəsi vasitəsilə Rumıniyanın və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsini nəzərdə tutur.

İlkin hesablamalara görə, AGRI layihəsinin icrasına 1,2-4,5 mlrd. avro tələb olunacaq. Vəsaitin dəqiq həcmi isə tikiləcək terminalların illik gücündən (2-8 mlrd. kubmetr) asılı olacaq. Layihənin təxminən 2 il ərzində reallaşması nəzərdə tutulur. İlkin mərhələdə AGRI vasitəsilə ildə 8 mlrd. kubmetr, gələcəkdə isə 20 mlrd. kubmetr qazın nəqli planlaşdırılır.

Macarıstan da layihəyə qoşulmaq niyyətində olduğunu açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR