Prezident İlham Əliyev: “Biz Gəncə alüminium zavodunun timsalında Azərbaycanın sənaye potensialının inkişafını görürük”
Prezident bildirib ki, zavodun işinin birin fazasında 50 min ton yüksək keyfiyyətli alüminium istehsal olunacaq. 2013-cü ildə ikinci fazanın işə düşməsi nəticəsində zavodun istehsal gücü 100 min tona çatacaqdır və ondan sonrakı dövrdə əlavə vəsaitin qoyuluşu hesabına bu həcmi 200 min tona artırılacaq.
Onun sözlərinə görə, bu zavod ölkə iqtisadiyyatı üçün böyük layihədir. “Həm gəlirli layihədir, həm yeni iş yerlərinin açılması üçün bizə şərait yaradır. Mənə verilən məlumata görə, burada 600-dən artıq insan işləyir. Vaxtilə böhrana görə dayanmış gil-torpaq zavodu da bu yaxınlarda işə başlayıb. Orada da 1200 insan işləyir. Bütövlükdə son aylar ərzində 2000-ə yaxın insan işlə təmin edilibdir. Bu zavodun tikintisi Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Bu yaxınlarda Nazirlər Kabinetinin toplantısında mən bir daha bu məsələ ilə bağlı fikirlərimi bildirdim. Azərbaycanda güclü sənayeləşmə prosesi gedir. Yeni sənaye müəssisələri yaradılır, özəl sektorun inkişafı üçün dövlət dəstəyini əsirgəmir, kiçik və orta sahibkarlıq inkişaf edir. Kiçik və orta sahibkarlığın inkişafı ilə paralel olaraq böyük sənaye müəssisələrinin yaradılmasına da böyük ehtiyac var. Gəncə alüminium zavodu bu sıradan olan zavoddur”.
Prezident deyib ki, 2011-ci ilin yekunlarına görə, Azərbaycanda qeyri-neft sektoru təxminən 10 faiz artıb. Neftlə, qazla zəngin olan ölkə üçün bu, həddindən artıq vacibdir. “Çünki gələcəyimizi şaxələndirilmiş iqtisadiyyatda görürük. Biz gələcəyimizi dayanıqlı iqtisadiyyatda görürük. Təbii resurslarımız bizim üçün sadəcə olaraq bir vasitədir ki, ölkəmizi hərtərəfli şəkildə inkişaf etdirək və güclü qeyri-neft iqtisadiyyatı yaradaq. Bu istiqamətdə atılan addımlar çox sevindiricidir. Bu zavodun fəaliyyətə başlaması bir daha demək istəyirəm ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına da böyük təkan verəcək”.
İlham Əliyev vurğulayıb ki, bu zavodun tikintisi, eyni zamanda, özündə regional inkişaf proqramını da ehtiva edir. Bu proqrama da böyük diqqət göstərilir. Azərbaycanın bütün bölgələri inkişafdadır, quruculuq, abadlıq işləri gedir, yeni iş yerləri açılır. Beləliklə, regional inkişaf üçün bu zavodun böyük əhəmiyyəti var. Burada poladəritmə kompleksinin tikintisi də uğurla gedir və bu zavodun təməl daşı qoyulan zaman, eyni zamanda, böyük metallurgiya kompleksinin təməl daşı qoyulur. Metallurgiya sənayesinin yaradılması istiqamətində çox ciddi işlər aparıldığını bildirən prezident deyib: “Əminəm ki, yaxın zamanlarda Azərbaycanda yeni bir istehsal sahəsi – metallurgiya sahəsi öz fəaliyyətinə başlayacaq. Bir tərəfdən biz ölkəmizin daxili tələbatını ödəyəcəyik və güclü ixrac potensialı da yaradılacaq.
Bu, elə sahələrdir ki, bu sahələr üçün bazarları axtarmağa ehtiyac yoxdur. Çünki bu məhsullar – alüminium, metallurgiya istehsalı daim tələb olunan məhsullardır. Yenə də deyirəm, bizim artan sənaye potensialımız və həyata keçirilən proqramlar, eyni zamanda, dünyada bu məhsullara olan tələbat daim bu zavodlara dəstək olacaq. Bir daha demək istəyirəm ki, bu sahədə görülən işlər Azərbaycanın ümumi inkişaf strategiyasını əhatə edir. Bu strategiya müasirlik, yenilik strategiyasıdır. Biz istəyirik ki, bütün sahələrdə ən qabaqcıl təcrübəni tətbiq edək”. Dövlət başçısı söyləyib ki, zavodda istehsal olunan alüminium dünya səviyyəli məhsullardandır. Eyni zamanda, belə zavodların tikintisi kadr hazırlığı üçün də böyük əhəmiyyətə malikdir. Burada işləyən peşəkar kadrlar, əlbəttə ki, yaxşı maaş almalıdırlar. Prezidentə verilən məlumata görə, bu məsələ də öz həllini tapır.
O vurğuladı ki, dünyada hələ də davam edən və yeni mərhələsi gözlənilən maliyyə və iqtisadi böhran zamanında Azərbaycanda belə böyük sənaye müəssisələrinin yaradılması dövlətin düzgün yolda olduğunu göstərir. “Biz inkişafdayıq. Azərbaycanda iqtisadiyyat, sənaye potensialımız artır. Sosial proqramlar icra edilir, maaşlar, pensiyalar artır. Keçən ilin yekunları ilə bağlı keçirilən Nazirlər Kabinetinin toplantısında bütün bu rəqəmlər səslənib. 2011-ci ildə ölkə iqtisadiyyatına 20 milyard dollar vəsait qoyulub, ondan əvvəlki ildə 17,6 milyard. Böyük məbləğdir və bu vəsait hesabına ölkəmizin hər bir bölgəsi inkişaf edir, böyük proqramlar icra edilir. O cümlədən bu bölgənin və Gəncənin inkişafı ilə bağlı konkret proqramlar, infrastruktur proqramları icra edilir, işsizliyin aradan qaldırılması üçün konkret addımlar atılır. 2012-ci ildə sosial infrastrukturun yaradılması ilə bağlı daha da böyük vəsait ayrılacaq. Məktəb tikintisi davam etdirilir”.
Öz çıxışı zamanı prezident qeyd edib ki, Gəncənin içməli su ilə təmin edilməsi üçün konkret layihələr icra edilir, kanalizasiya sistemi yenidən qurulur. Şəhərdə çox böyük abadlıq işləri aparıldığını dəyən prezident vurğulayıb: “Bilirsiniz ki, mən Gəncədə tez-tez oluram və bu gün səhər tezdən şəhərlə bir daha tanış olmuşam və görürəm ki, doğrudan da çox böyük və çox dəyərli işlər görülür. Şəhər gözəlləşir, abadlaşır, binalar təmir edilir, yeni parklar salınır, yeni ictimai yerlər yaradılır. Biz bu gün səhər Gəncə Dövlət Filarmoniyasının təməl daşını qoyduq. Bilirəm ki, bu da gəncəlilərin uzun illərdir arzuladıqları bir hadisədir. Əminəm ki, yaxın iki il ərzində gözəl, memarlıq cəhətdən çox gözəl və möhtəşəm Gəncə Filarmoniyası da öz işinə başlayacaq.
Bir sözlə, Gəncədə olduğu kimi, hər bir bölgədə bütün sahələr üzrə konkret işlər görülür. İş yerləri, qeyri-neft sektoru, özəl sahibkarlığın inkişafı, yeni nəhəng sənaye müəssisələrinin yaradılması, məktəblər, tibb ocaqları, mədəniyyət ocaqları, abadlıq işləri – bax, ölkəmiz bu cür inkişaf edir. Mən çox şadam ki, əvvəlki illərdə qəbul etdiyimiz proqramlar icra edilir, əvvəlki dövrlərdə böhrana baxmayaraq, başladığımız layihələr bu gün reallığa çevrilir. Biz Gəncə alüminium zavodunun timsalında Azərbaycanın sənaye potensialının inkişafını görürük”.
Sənaye və energetika
Aİ ölkələri qış mövsümü üçün yeraltı anbarlara 22 mlrd. kubmetr qaz vurub
Dünya bazarlarında neft yenidən bahalaşır
"NYMEX" əmtəə birjasında təbii qazın qiyməti artıb
Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Xəbər Lenti
Britaniya dron istehsalına 6,5 milyard dollardan çox investisiya yatıracaq
Oman Hörmüz boğazından keçid üçün ödəniş tətbiqini dəstəkləmir
Rubio: ABŞ Liviyada birliyin bərpasına kömək edəcək
Starmer Londonda Rutte ilə görüşüb
DÇ-2026: Paraqvay 1/8 finala yüksəlib
Monakoda partlayış nəticəsində üç nəfər yaralanıb
Peruda keçirilən seçkilərdə Keyko Fujimori qalib gəlib
İsrail ordusu Qəzzada HAMAS-ın yeraltı kompleksinə zərbə endirib
"Çikaqo Fayr" Levandovskini transfer etdiyini açıqlayıb
Tramp: Biz hərbi cəhətdən İrana qalib gəlirik
Qəribabadi: Hörmüz boğazındakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq
DÇ-26: Braziliya 1/8 finala çıxıb
Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə sıçrayıb
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1719 nəfərə çatıb, 5000-dən çox insan yaralanıb
Livan hökuməti ordunu İsraillə sərhəd boyunca yerləşdirmək niyyətindədir
İran XİN: Yaxın günlərdə ABŞ tərəfi ilə heç bir səviyyədə danışıqlar aparmayacağıq
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
Quterreş terrorçuların yeni texnologiyalara uyğunlaşmasından danışıb
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Milli Müdafiə Universiteti HHQ ixtisasları üzrə “Zabit hazırlığı kursu”na qəbul elan edib
Fransa və Oman Hörmüz boğazının minalardan təmizlənməsində razılığa gəlib
Mehriban Əliyeva: Süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Qazaxıstan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıb
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub
İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub
Bu il Peşə-əmək Reabilitasiyası Mərkəzinə daha 153 nəfər qəbul edilib
Hacıqabulda 2 mərtəbəli ev yanıb - FOTO
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək
Lavrovun müavini İrəvanın Aİ və Aİİ arasında seçimindən danışıb: Ermənistanı başa düşmürük
ADY yay qrafikinə keçir
Türk Dünyası Həftəsində türk dillərinin inkişaf dinamikası müzakirə olunub
“Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” adlı beynəlxalq konfrans keçirilib - FOTO
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Tehran-Dubay aviareysi bərpa olunub
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
Ağ Ev: Atəşkəs üzrə öhdəliklərimizə əməl edirik, hücumlara cavab vermişik
Rəsmi Moskva: Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür
Birinci Türkoloji Qurultayın 100 illiyi: Bakı Türk dünyasının humanitar gündəmini müəyyənləşdirən platformaya çevrilir
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
Ağ Ev: Kuşner və Uitkof İranla danışıqlarda iştirak edəcək
Sabahdan bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Şagirdlərin dərs vaxtı mobil telefondan və elektron cihazlardan istifadə etməsi qadağan olunub
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub