Bank Of Baku

Azərbaycanın «Gədəbəy» qızıl yatağında hasilat artırılıb

Azərbaycanın «Gədəbəy» qızıl yatağında hasilat artırılıb
# 23 yanvar 2012 08:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Azerbaijan International Mining Company» (AIMC - Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti) Azərbaycanın «Gədəbəy» qızıl yatağında 2011-ci il ərzində 57 068 unsiya qızıl hasil edib. «APA-Economics»in məlumatına görə, təkcə ötən ilin IV rübündə hasilatın həcmi 15 292 unsiyaya bərabər olub ki, bu da əvvəlki rüblə müqayisədə 2 126 unsiya və ya 16,1% çoxdur.

Qeyd edək ki, AIMC-nin təsisçiləri rolunda Böyük Britaniyanın «Anglo-Asian Mining» şirkəti və Azərbaycan hökuməti çıxış edir və PSA tipli kontrakt çərçivəsində Azərbaycanda qızıl hasilatı ilə məşğul olur. AIMC-nin prezidenti Reza Vəziri bildirib ki, qızılın sabit hasilatı və dünya bazarlarında qızılın yüksək qiymətləri şirkətin 2011-ci ildə mövqelərinin möhkəmlənməsinə imkan yaradıb. Nəticədə, şirkət əvvəllər cəlb etdiyi kreditlərin ödənilməsini tezləşdirib.

R.Vəzirinin sözlərinə görə, 2012-ci ildə şirkətin resurs bazasının genişlənməsi proqnozlaşdırılır. Qeyd edək ki, 2010-cu ilin iyununda aparılan qiymətləndirilməyə əsasən, bu yataqda şirkətin resurs bazası 791 min unsiya qızıl, 49,3 min ton mis və 7,597 mln. unsiya gümüş təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR