Bank Of Baku

Taner Yıldız: “Türkiyə “Nabucco”nun gerçəkləşməsi üçün səylərini davam etdirir”

Taner Yıldız: “Türkiyə “Nabucco”nun gerçəkləşməsi üçün səylərini davam etdirir”
# 23 yanvar 2012 10:19 (UTC +04:00)
APA-Economics”in “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

“Türkiyə-Gürcüstan enerji və investisiya arenası” adlı tədbirdə iştirak etmək üçün Tiflisə keçirilən səfər edən Taner Yıldız toplantıdan sonra Gürcüstanın enerji naziri Aleksandr Xetaquri ilə birgə mətbuat konfransı keçirib.

O, “Nabucco”nun altı iştirakçısından biri olduğu üçün Türkiyənin enerji qaynağı tapmaqda təkbaşına məsuliyyət hiss etmədiyini vurğulayıb: “Biz “Şahdəniz-2” layihəsinin istənilən halda reallaşmasını təmin etmək üçün Trans-Anadolu qaz kəmərini bir alternativ olaraq irəli sürdük. Azərbaycan qazı 2017-ci ilin sonunda bu kəmər vasitəsilə Türkiyəyə və Türkiyə vasitəsilə Avropaya nəql olunacaq. Ancaq Avropa Birliyi ölkələri də təbii qazın nəqlinin təhlükəsizliyi ilə bağlı problemlərin həllində iştirak etməlidir”.

T.Yıldız “Nabucco”, ITGI, TAP və ya Trans-Anadolu layihələrindən hər hansı birinin gerçəkləşməsindən həm Türkiyənin, həm də regionun qazanan tərəf olacağını qeyd edib.

Qeyd edək ki, “Nabucco” qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Tikintisinə 2012-ci ildə başlanacaq “Nabucco” qaz kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR