Bank Of Baku

İran Xəzər dənizində yeni kəşf edilən neft və qaz yataqlarını Rusiya ilə birlikdə istismar edəcək

İran Xəzər dənizində yeni kəşf edilən neft və qaz yataqlarını Rusiya ilə birlikdə istismar edəcək
# 24 yanvar 2012 09:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran Xəzər dənizində yeni kəşf edilən neft və qaz yataqlarının işlənməsini Rusiyaya verib. APA-nın “İran” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı İran və Rusiya arasında gizli müqavilənin də imzalandığı bildirilir.

Müqaviləyə əsasən, Rusiya bu yataqların gəlirinin 64,9%-ni, İran isə 35,1%-ni götürəcək. Eyni zamanda müqavilədə Rusiyanın öz hərbçilərini İranın Xəzər dənizi sərhədinin 70 km-liyinə qədər gətirmək hüququna malik olduğu qeyd edilib. Bu da yataqların təhlükəsizliyini qorumaq məqsədi daşıyır.

İran və Rusiyanın neft nazirlərinin imzaladığı müqavilədə İranın ali dini rəhbəri, ayətullah Seyid Əli Xamneyinin nümayəndəsi də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR