Bank Of Baku

“Siemens”in xalis mənfəəti 17% azalıb

“Siemens”in xalis mənfəəti 17% azalıb
# 24 yanvar 2012 09:25 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyanın “Siemens AG” sənaye konserninin xalis mənfəəti ötən il dekabrın 31-də başa çatmış 2011-2012-ci maliyyə ilinin birinci rübündə 17% azalaraq 1,75 mlrd. avrodan 1,457 mlrd. avroya enib.

APA-Economics”in xəbərinə görə, şirkətin açıqladığı maliyyə hesabatında bildirilir ki, ilk rübdə şirkətin gəlirləri 2% artaraq 17,902 mlrd. avroya çatıb. Sifariş portfelində isə 5%-lik azalma qeydə alınıb - 19,809 mlrd. avro.

Şirkət bəyan edib ki, gəlirlərin artmasına baxmayaraq, mənfəətin azalması Avropada davam edən borc böhranının nəticəsidir.

Qeyd edək ki, 1847-ci ildə yaradılan “Siemens AG” şirkəti elektrotexnika, elektronika, enerji, nəqliyyat və tibbi avadanlıqlar istehsal edən dünya liderlərindən biridir. Şirkətin mənzil-qərargahı Berlin və Münhen şəhərlərində yerləşir, işçilərinin sayı isə 400 min nəfərdən çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR