Bank Of Baku

Azərbaycanda sənaye istehsalında son 6 ayda ilk dəfə artım qeydə alınıb

Azərbaycanda sənaye istehsalında son 6 ayda ilk dəfə artım qeydə alınıb
# 15 mart 2012 13:01 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, məhsulun 4,7 mlrd. manatı və ya 78,2%-i sənayenin mədənçıxarma bölməsində istehsal olunub: «Sənayenin emal bölməsində iki ay ərzində 939,1 mln. manatlıq sənaye məhsulu istehsal olunub. Bölmədə qida məhsulları istehsalı 3,5%, toxuculuq sənayesi məhsulları istehsalı 51,3%, neft məhsulları istehsalı 5,3%, rezin və plastmas məmulatları istehsalı 3,1 dəfə, tikinti materialları istehsalı 15%, hazır metal məmulatları istehsalı 47,4%, kompüter və digər elektron avadanlıqları istehsalı 29,3 dəfə, elektrik avadanlıqları istehsalı 5,2 dəfə, maşın və avadanlıqların istehsalı 2 dəfə, sair nəqliyyat vasitələri istehsalı 14,6%, mebel istehsalı 2,7 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri 2,7 dəfə artıb».

Hesabat dövründə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində sənaye məhsullarının 5,6%-i və ya 339 mln. manatı istehsal olunub: «İstehsal olunmuş 4,1 mlrd. kVt/saat əmtəəlik elektrik enerjisi ötən ilki səviyyədən 18,7% çox olub».

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 10,1% artıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 17,2% artıb, neft-qaz sektorunda isə 3% azalıb.

«İki ay ərzində istehsal olunmuş məhsulun 99,7%-i istehlakçılara göndərilib. Bununla belə, əvvəlki dövrlərdə yaranmış qalıqlar də nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 282,2 mln. manatlıq hazır məhsul olub və əvvəlki ayla müqayisədə 1,4 mln. manat artıb», - deyə Komitədən bildirilib.

Ötən il Azərbaycanda sənaye sahəsində məhsul istehsalı 2010-cu illə müqayisədə 5% azalıb.

Bu ilin yanvar ayında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 3,1 mlrd. manatlıq, yaxud 2011-ci ilin müvafiq dövründə olduğu qədər sənaye məhsulu istehsal edib.

Qeyd edək ki, Azərbaycan sənayesində son 6 ay ərzində ilk dəfə olaraq artım qeydə alınıb. Belə ki, 2011-ci ilin yanvar-avqust aylarında ölkə sənayesi 12,4% artıb. Daha sonra isə, yəni 2011-ci ilin yanvar-sentyabr (-3,2%), yanvar-oktyabr (-4%), yanvar-noyabr (-5%) aylarında azalma qeydə alınıb. Ötən il ərzində sənaye sahəsində 5%-lik azalma müşahidə olunub, cari ilin yanvarında isə ölkə sənayesində 3,1 mlrd. manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin analoji ayına nisbətən dəyişməz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR