Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini 21% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini 21% artırıb
# 15 mart 2012 13:08 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2012-ci ilin fevral ayında dövlət büdcəsinə 91,953 mln. manat vəsait ödəyib. Bu göstərici 2011-ci ilin fevral ayı ilə müqayisədə 21% çoxdur.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ümumiyyətlə, 2012-ci ilin yanvar-fevral aylarında büdcəyə 195,814 mln. manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9% çoxdur.

Bundan əlavə, fevral ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11,271 mln. manat vəsait köçürüb. Bu göstərici ötən ilin fevral ayına nisbətən 6,5% çoxdur. Ümumiyyətlə, 2012-ci ilin yanvar-fevral aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 23,718 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR