Bank Of Baku

Azərbaycan yanvar-fevral aylarında neft-qaz hasilatını azaldıb

Azərbaycan yanvar-fevral aylarında neft-qaz hasilatını azaldıb
# 15 mart 2012 14:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda neft-qaz hasilatı 2011-ci ilin analoji dövrünə nisbətən azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 7,5 mln. ton neft və 3 mlrd. kubmetr qaz hasil edilib. Bu da 2011-ci ilin ilk iki ayı ilə müqayisədə müvafiq olaraq 5% və 26,8% azdır. Belə ki, 2011-ci ilin yanvar-fevral aylarında ölkədə 7,9 mln. ton neft və 4,1 mlrd. kubmetr qaz hasil edilib.

Qeyd edək ki, növbəti 4 ildə Azərbaycan neft hasilatını tədricən artırmaq niyyətindədir. Belə ki, 2012-ci ildə ölkədə 45 977,1 min ton, 2013-cü ildə 45 896,6 min ton, 2014-cü ildə 49 562,9 min ton, 2015-ci ildə isə 50 956,6 min ton neft hasil olunacağı gözlənilir.

Göründüyü kimi, Azərbaycan artıq 4 ildən sonra neft hasilatını 2010-cu ilin səviyyəsinə çatdıracaq.

Qaz proqnozuna gəldikdə isə, 2012-ci ildə ölkədə qaz hasilatının 28,280 mlrd. kubmetrə, 2013-cü ildə 29,220 mlrd. kubmetrə, 2014-cü ildə 29,540 mlrd. kubmetrə çatacağı, 2015-ci ildə isə 2014-cü ilə nisbətən 0,8% azalaraq 29,310 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir.

Xatırladaq ki, 2011-ci ildə Azərbaycanda 45,4 mln. ton neft və 25,7 mlrd. kubmetr qaz hasil olunub. Bu da 2010-cu illə müqayisədə müvafiq olaraq 10,6% və 2% azdır. Belə ki, 2010-cu ildə ölkədə 50,8 mln. ton neft və 26,2 mlrd. kubmetr qaz hasil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR