Bank Of Baku

Gələn il Azərbaycanda qazlaşdırma 95%-ə çatdırılacaq

Gələn il Azərbaycanda qazlaşdırma 95%-ə çatdırılacaq
# 15 mart 2012 14:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycanda elektrik enerjisinin 70%-dən çoxu regionlarda istehsal edilir ki, bu da enerji təhlükəsizliyinin təmin edilməsində bölgələrin vacib rol oynadığını göstərir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə 2011-ci ildə 310 transformator və 25 yarımstansiya quraşdırılıb istifadəyə verilib.

Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində davam etdirilən işlərə gəldikdə isə, Ş.Mustafayev qeyd edib ki, 2011-ci ildə ölkədə 5 min km-dən çox qaz kəməri çəkilərək əlavə 148 yaşayış məntəqəsi qazlaşdırılıb, 1 537 km qaz kəməri əsaslı təmir edilib: «Gələn ilin sonunadək Azərbaycanda qazlaşdırma səviyyəsinin 95%-ə çatdırılması hədəf kimi müəyyənləşdirilib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR