Bank Of Baku

Azərbaycan Rusiyadan yeni ağır tonnajlı yük avtomaşınları alıb

Azərbaycan Rusiyadan yeni ağır tonnajlı yük avtomaşınları alıb
# 16 mart 2012 14:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «AvtoKrAZ» Şirkətlər Qrupunun tərəfdaşı olan Azərbaycanın «Azneftmaş» ASC neft-qaz müəssisələri üçün 10 ədəd dördoxlu «KrAZ» avtomobili sifariş edib. «APA-Economics»in məlumatına görə, bu barədə «AvtoKrAZ»ın rəsmi veb-saytında bildirilir.

Sözügedən avtomobillərin hər birinin yükqaldırma qabiliyyəti 26 ton təşkil edir. Dördoxlu «KrAZ-7133H4» avtomobilləri 330 at gücündə 8-silindrli mühərriklə təchiz olunub. Avtomobillər «Ruslan» yükqaldırma avadanlıqlarının montajında istifadə olunacaq ki, bu avadanlıqlar dərinliyi 5 min metrədək olan neft və qaz quyularının cari və əsaslı təmirində istifadə olunur.

Qeyd edək ki, 2011-ci ildə «Azneftmaş» ASC «AvtoKrAZ»dan 4 ədəd analoji avtomobil alıb. Ümumiyyətlə isə «AvtoKrAZ» müəssisəsi «Azneftmaş»a 34 ədəd özüboşaldan, şassi və göyərtəli yük avtomobilləri ixrac edib.

Xatırladaq ki, «Azneftmaş» ASC Azərbaycanda neft-qaz sahəsində avadanlıqların, qaldırıcı aqreqat, xüsusi texnika və s. istehsalı ilə məşğul olan aparıcı şirkətlərdən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR