Bank Of Baku

“BP-Azərbaycan” və SOCAR mütəxəssislərinin iştirakı ilə toplantı keçirilib

“BP-Azərbaycan” və SOCAR mütəxəssislərinin iştirakı ilə toplantı keçirilib
# 16 mart 2012 15:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə və “BP-Azərbaycan” şirkətinin AGT Regionu Əməyin Təhlükəsizliyi və Əməliyyat Riskləri üzrə vitse-prezidenti Robert Vatın iştirakı ilə “Azəri-Çıraq-Günəşli, “Şahdəniz” yataqları və Səngəçal terminalında şamda yandırılan qazın idarə edilməsi” mövzusunda iclas keçirilib.

ARDNŞ-dan “APA-Economics”ə verilən məlumata görə, “BP-Azərbaycan” və ARDNŞ-ın mütəxəssislərindən ibarət işçi qrupunun iştirakı ilə keçirilən toplantı 2011-ci ildə görülmüş işlərin nəticələrinə həsr edilib.

İclasda 2011-ci il ərzində Azəri-Çıraq-Dərin Sulu Günəşli yataqlarında hasil edilən qaz balansının təkmilləşdirilməsi, dəniz platformalarında və Səngəçal terminalında şamda yandırılan səmt qazının həcmlərinin azaldılması istiqamətində nəzərdə tutulmuş tədbirlərin icrası müzakirə edilib.

Qeyd olunub ki, 2011-ci ildə icra edilmiş tədbirlər müsbət nəticə verib, lakin həllini gözləyən müəyyən problemlər bu günədək qalmaqdadır. Sonda işçi qrupunun 2012-ci il üçün nəzərdə tutduğu təkliflər müzakirə edilib və görüləcək işlərin tətbiqinə nəzarətin gücləndirilməsi tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR