Bank Of Baku

Çin İranın neft tankerlərini sığortalayacaq

Çin İranın neft tankerlərini sığortalayacaq
# 19 mart 2012 09:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Dünya bazarında neftin qiyməti yenidən düşüb. APA-nın «Mehr» xəbər agentliyinə istinadən məlumatına görə, buna səbəb Çinin İranın neft tankerlərini sığortalaması ilə bağlı qərar verməsi olub.

Çinin bu addımı İran neftinin Asiyadakı alıcılarının narahatçılığını aradan qaldırıb. İran Milli Neft Şirkətinin hesabatına görə, 2012-ci il martın 16-da İran öz neftinə dünya bazarında 2 dollar endirimlə alıcı tapıb. Belə ki, İran yüngül dərəcəli neftinin bir barelinə Qərbi Avropada və Cənub Afrikada müvafiq olaraq 123,06 dollar və 122,80 dollar ödəyən alıcı tapıb. İranın ağır dərəcəli neftinin bir bareli isə Avropa və Afrika qitəsində müvafiq olaraq 121,71 dollar və 121,45 dollara satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR