Bank Of Baku

Azərbaycan qızıl və gümüş istehsalını azaldıb

Azərbaycan qızıl və gümüş istehsalını azaldıb
# 19 mart 2012 13:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 209,7 kq qızıl hasil edilib ki, bu da 2011-ci ilin analoji dövrünə nisbətən 24,8% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla yanaşı, hesabat dövründə ölkədə 188,1 kq gümüş hasil edilib ki, bu da ötən ilin yanvar-fevral aylarına nisbətən 35,8% azdır.

Cari ilin martın 1-nə Azərbaycanda qızılın hazır məhsul ehtiyatı 35,3 kq, gümüşün isə 22,8 kq olub.

Ümumiyyətlə, 2012-ci ilin yanvar-fevral ayında 397,8 kq qiymətli metal filizləri və konsentratlar hasil olunub ki, 2011-ci ilin analoji ayları ilə müqayisədə bu göstərici 41,9% azalıb.

Xatırladaq ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR