Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti ötən il Ukraynaya 100 mln. dollardan çox sərmayə yatırıb

Azərbaycan Dövlət Neft Şirkəti ötən il Ukraynaya 100 mln. dollardan çox sərmayə yatırıb
# 19 mart 2012 14:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanla Ukrayna arasında qarşılıqlı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 8,3% artaraq 1 467,1 mln. ABŞ dollarına çatıb.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, keçən il Ukraynaya ixrac 909,3 mln. dollar, idxal 557,8 mln. dollar, saldo isə Azərbaycanın xeyrinə olmaqla 351,5 mln. dollar təşkil edib.

Ötən il Ukraynaya 634 min ton xam neft ixrac edilib: «Kiyevdə, əsas məqsədi Ukraynaya sərmayə qoyuluşunun perspektivlərinin araşdırılması olan Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndəliyi fəaliyyət göstərir. Ötən il ərzində Ukrayna iqtisadiyyatına ARDNŞ tərəfindən yatırılan investisiyaların həcmi 101,3 mln. dollar təşkil edib. Hazırda ARDNŞ tərəfindən Ukraynada 21 yanacaqdoldurma və 2 neft bazası alınıb».

Hesabatda həmçinin bildirilir ki, hazırda Azərbaycanda Ukrayna kapitalının iştirakı ilə 60-a yaxın müəssisə və təşkilat qeydiyyatdan keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR