Bank Of Baku

Masallının daha bir kəndinə təbii qazın verilişi bərpa olunub

Masallının daha bir kəndinə təbii qazın verilişi bərpa olunub
# 19 mart 2012 14:51 (UTC +04:00)
Masallı. Ağəddin Babayev - APA. Novruz bayramı ərəfəsində Masallının daha bir kəndinə təbii qazın verilişi bərpa olunub.

Rayon İcra Hakimiyyəti (RİH) aparatından APA-nın cənub bürosuna verilən məlumata görə, bu münasibətlə keçirilən mərasimdə çıxış edən RİH başçısı Qəzənfər Ağayev sakinləri Novruz bayramı, habelə kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə təbrik edərək, ölkə əhalisinin təbii qaz ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Natiq qeyd edib ki, son illərdə rayonun 52 yaşayış məntəqəsinə təbii qazın verilişi bərpa olunub. Rayon üzrə qaz istifadəçilərinin sayı 21750 abonentə çatdırılıb. Yaxın vaxtlarda Göyəçöl kəndində də işlər yekunlaşaraq təbii qazın verilişi həyata keçiriləcək. Eyni zamanda Həsənli, Xırmandalı, Köçəkli və digər kəndlərdə də Dövlət Proqramına uyğun olaraq qaz xətlərinin çəkilişi davam etdirilir.

Mərasimdə kənd sakinlərindən ağsaqqal Xeyrulla Babayev, ziyalı Surəddin Qulamov, II qrup Qarabağ əlili Nahid Rəhimov və başqaları çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və ilkin mərhələdə 700 abonentdən 580 ailə təbii qazla təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR