Bank Of Baku

Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Azərbaycanda tikinti materiallarının istehsalı artıb
# 24 mart 2012 07:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda tikinti materialları sənayesində fəaliyyət göstərən müəssisələr tərəfindən 33,5 milyon manatlıq və ya ötən ilin analoji dövrü ilə müqayisədə 15% çox məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin ilk iki ayında sənaye müəssisələri tərəfindən 160,3 min ton sement, 12,2 min ton tikinti gipsi, 113 min ton hörmə üçün hazır beton qarışığı, 9,7 min kubmetr betondan yığma-tikinti konstruksiyaları, 46,7 min ton asfalt və 22,4 min kubmetr tikinti kərpici istehsal edilib.

Qeyd edək ki, 2012-ci il mart ayının 1-nə müəssisələrin anbarlarında 10,2 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 3,6%-i qədər hazır məhsul ehtiyatı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR