Bank Of Baku

Xəzər Dəniz Neft Donanmasının 15 gəmisi təmir olunaraq istismara verilib

Xəzər Dəniz Neft Donanmasının 15 gəmisi təmir olunaraq istismara verilib
# 24 mart 2012 16:32 (UTC +04:00)
Bakı – APA. Cari ilin yanvar-fevral aylarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanmasına (XDND) məxsus 15 gəmi beynəlxalq konvensiyanın tələblərinə uyğun təmir olunaraq istismara verilib. APA-nın xəbərinə görə, Xəzərdə həm kəşfiyyat, həm dalğıc, həm də təchizat işlərini yerinə yetirən Gəmi Təmiri Zavodunda ötən dövr ərzində 6,9 milyon manatdan çox təmir işləri görülüb.

Donanmanın baş mühəndisi İsrail Bayramov bildirib ki, bu il “Kür” təchizat, “Sabit Orucov” sərnişin daşıyan gəmiləri və “İslam Kərimov” 40 tonluq xan gəmisi təmir olunaraq istismara verilib. Hazırda “İsmət Qayıbov” sudaşıyan, “Şirvan” 3 min 100 tonluq xan, “Əli Əmirov” geoloji kəşfiyyat, “Süleyman Vəzirov” borudüzən gəmiləri təmir olunur. XDND-nin iki gəmisi isə Türkmənistanda geoloji kəşfiyyat işlərinə cəlb olunub.

Donanmanın ən böyük gəmilərindən olan 2 min 500 tonluq “Azərbaycan” xan gəmisi apreldən təmirə dayandırılacaq. Donanmanın digər gəmiləri isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin, “Neftqaztikinti” Trestinin və kompleks qazma trestinin sifarişlərini yerinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR