Bank Of Baku

«The Wall Street»: Yaponiya və İspaniya İrandan neft idxalını azaldıb

«The Wall Street»: Yaponiya və İspaniya İrandan neft idxalını azaldıb
# 26 mart 2012 17:05 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Yaponiya və İspaniya İrandan idxal etdiyi neftin həcmini azaldıb. APA-nın məlumatına görə, bu barədə «The Wall Street» jurnalı yazıb.

Xəbərdə bildirilir ki, hər iki ölkə üçün İran neftinin idxalının azalması iləbağlı yaranan qıtlığı Səudiyyə Ərəbistanı qarşılayacaq. Jurnalın yazdığına görə, İspaniya 2011-ci ilin dekabr ayında İrandan neft idxalını 37%, Yaponiya isə 2012-ci ilin yanvar ayında ötən illə müqayisədə 12% azaldıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2012-ci ilin yanvar ayından Yaponiyaya neft ixracını 20% artırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR