Bank Of Baku

Keniyada ilk dəfə olaraq neft tapılıb

Keniyada ilk dəfə olaraq neft tapılıb
# 27 mart 2012 07:16 (UTC +04:00)
Bakı - APA-Economics. “Tullow Oil” İngiltərə-İrlandiya birgə şirkəti Keniyada neft yatağı kəşf edib. “APA-Economics”in “BBC News”a istinadən xəbərinə görə, bu barədə Keniyanın dövlət başçısı Mvai Kibaki bəyan edib.

Onun sözlərinə görə, neft yatağı Turkana vilayətində aşkarlanıb: “Bu, ölkənin tarixində ilk belə tapıntıdır”. Prezident “Tullow Oil”un Keniya ərazisində kəşfiyyat işlərini davam etdirəcəyini də vurğulayıb.

Qeyd edək ki, “Tullow Oil” bundan əvvəl Uqanda, Qana və Syerra-Leonedə də neft tapıb. Şirkət nümayəndələri Keniyada neftin proqnoz ehtiyatlarının həcmini açıqlamasa da, bu kəşfin onların gözləntilərini üstələdiyini qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR