Bank Of Baku

Metyu Brayza: “Azərbaycansız “Cənub dəhlizi” layihəsinin fəaliyyət göstərməsi mümkün deyil” - FOTOSESSİYA

Metyu Brayza: “Azərbaycansız “Cənub dəhlizi” layihəsinin fəaliyyət göstərməsi mümkün deyil” - <font color=red>FOTOSESSİYA</font>
# 28 mart 2012 15:21 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə 15 ölkədən 100-dən çox nümayəndə iştirak edir. Artıq 11 ildir ki, keçirilən bu konfransda Azərbaycanı Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan nümayəndəliyi, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Azərbaycanın BMT yanında baş proqram müşaviri Çingiz Məmmədov, Azərbaycanın prezident yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Gülmirə Rzayeva təmsil edir.
Tədbirdə Gürcüstan energetika və təbii ehtiyatlar nazirinin müavini Mariam Valişvili, Gürcüstan Qaz Korporasiyasının rəhbərliyi, xarici ölkələrin Gürcüstandakı səfirləri, Avropa ölkələrindən gələn ekspertlər, müxtəlif beynəlxalq təşkilatların rəhbərləri, jurnalistlər iştirak edir.
Konfransın ilk günü Trans-Adriatik (TAP), Cənub-Şərqi Avropa baş kəməri (SEEP) və “Nabucco” layihələri müzakirə olunub. Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn konfransdakı çıxışında enerji sahəsində Azərbaycan-Gürcüstan tərəfdaşlığı, bu tərəfdaşlığın Avropanın enerji təhlükəsizliyi və bölgədə sabitliyin rolu haqqında danışıb. Səfir tədbir iştirakçılarına ARDNŞ-ın Gürcüstan iqtisadiyyatına təkan verən bir təşkilat kimi bu ölkədə həyata keçirdiyi işlər barədə, enerji sektorunu inkişaf etdirməsi haqqında məlumat verib.
Azərbaycanın prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Gülmirə Rzayeva belə konfransların Bakıda, Qazaxıstanda və Gürcüstanda keçirildiyini bildirib: “Gürcüstan Türkiyə ilə yanaşı, Azərbaycan qazının Avropaya ixracı üçün hələlik yeganə tranzit ölkədir. Bu baxımdan bu cür tədbirlərin burada keçirilməyi əhəmiyyətlidir. Bu ölkə Azərbaycan üçün də əhəmiyyətlidir”.
Fasilədən sonra konfransda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Cənub dəhlizi”nin perspektivləri barədə çıxış edib. M.Brayza APA-ya açıqlamasında Azərbaycanın Avropa ölkələrinin təhlükəsizliyini təmin etmək üçün çox böyük işlər apardığını bildirib: “Avropa indi harada qaz varsa, orada qaz ticarətini inkişaf etdirmək istəyir. Niderlandda, Belçikada, Fransada və digər ölkələrdə qazın satışı təşkil olunarsa, bu ölkələrdə Avropadan keçməklə şəbəkə şəkilində birləşdirilən qaz bazarı yaranacaq. Azərbaycan bu məsələdə başlıca rol oynaya bilər. “Cənub dəhlizi” Avropanın qazla təmin edilməsində ən başlıca layihələrdən biridir. Lakin Azərbaycansız bu layihənin fəaliyyət göstərməsi imkansızdır”.
Konfrans sabah işini davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR