Bank Of Baku

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 6% bahalaşıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri 6% bahalaşıb
# 29 mart 2012 13:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin fevral ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 6,3% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 107,5% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 7,6%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,4% bahalaşıb.

Fevral ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,2% təşkil edib: «Bu bölmədə istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 3%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 2,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,5%, dəri və dəri məmulatları, ayaqqabıların istehsalı üzrə 1,3%, qida məhsullarının istehsalı üzrə 0,9%, tikinti məmulatlarının istehsalı üzrə 0,7%, elektrik avadanlıqlarının istehsalı, maşın və avadanlıqların istehsalı və ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,1% bahalaşıb, poliqrafiya fəaliyyəti üzrə 2,9%, mebel istehsalı üzrə 2,7%, metallurgiya sənayesi üzrə 1,1%, əczaçılıq məhsullarının istehsalı üzrə 0,5%, içki istehsalı və kimya sənayesi üzrə 0,2% ucuzlaşıb».

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətləri 0,1% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR