Bank Of Baku

Rusiyanın Avropaya satdığı qazın həcmi azalıb

Rusiyanın Avropaya satdığı qazın həcmi azalıb
# 29 mart 2012 14:32 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin mart ayında Rusiyanın “Qazprom” şirkətinin ixrac etdiyi qazın həcmi ötən ilin mart ayı ilə müqayisədə 23% azalaraq 11,3 mlrd. kubmetrə enib.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə yanacaq-energetika kompleksinin Mərkəzi Dispetçer İdarəsi açıqlama yayıb.

Bu ilin əvvəlindən martın 27-nə kimi “Qazprom” uzaq xaricə 38 mlrd. kubmetr qaz satıb ki, bu da 2011-ci ilin analoji dövrü ilə müqayisədə 9,7% azdır.

Şirkət 2012-ci ildə qaz ixracını artıraraq, 2011-ci ildəki 150 mlrd. kubmetrlik göstəricidən 154 mlrd. kubmetrə çatdırmağı proqnozlaşdırır. Fevral ayında Rusiyanın nəhəng qaz inhisarçısı avropalı istehlakçılara satdığı qazın qiymətini 10% azaldacağını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR