Bank Of Baku

ABŞ Konqresi iri neft şirkətləri üçün vergi güzəştlərinin ləğvinə qarşı çıxıb

ABŞ Konqresi iri neft şirkətləri üçün vergi güzəştlərinin ləğvinə qarşı çıxıb
# 30 mart 2012 07:30 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın Respublikaçılar Partiyasından olan senatorlar iri neft şirkətləri üçün vergi güzəştlərinin ləğvini nəzərdə tutan qanun layihəsini rədd ediblər.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, respublikaçılar layihəni “yanacağın ucuzlaşmasına gətirib çıxarmayacaq müstəsna siyasi gediş” kimi dəyərləndiriblər.

Qanun layihəsinin qəbul olunması üçün 60 səs tələb olunsa da, cəmi 51 senator onun lehinə səs verib. 47 respublikaçı isə layihənin qəbuluna qarşı çıxıb.

Qanun layihəsi səsverməyə çıxarılmazdan əvvəl ABŞ prezidenti Barak Obama senatorlara müraciətlə çıxış edib: “Konqres üzvləri sadə seçim etməlidirlər. Onlar ya iri neft korporasiyalarının, ya da amerikan xalqının yanında olmalıdırlar. Təkcə ötən il üç nəhəng neft şirkəti 80 mlrd. dollar mənfəət əldə edib. “Exxon Mobil”in cibinə saatda 4 mln. 700 min dollar daxil olur. Neftin qiyməti qalxdıqca isə onların da gəlirləri artır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR