Bank Of Baku

Almaniya enerji islahatlarına xərcləri azaldır

Almaniya enerji islahatlarına xərcləri azaldır
# 30 mart 2012 12:18 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniya Bundestaqı günəş enerjisinə dövlət dəstəyinin ixtisarı haqqında hökumətin planını qəbul edib. “APA-Economics”in xəbərinə görə, bu barədə Almaniya parlamentinin saytında bildirilir.

Bu sahədəki layihələrin dövlət tərəfindən maliyyələşdirilməsi 20-30% azaldılacaq. Aprelin 1-dən qüvvəyə minəcək qanunu Bundesratın təsdiqləməsi tələb olunmur. Amma Bundesratın üçdə iki hissəsi əleyhinə çıxarsa, o zaman qanunun tətbiqi dayandırılacaq.

Hökumət bununla vətəndaşların enerji islahatına xərclərini azaltmaq niyyətindədir. Çünki islahatın xərcləri yekunda vergi yığımlarından ödənilir. Hazırda hər bir ev təsərrüfatı bunun üçün ildə 70 avro ödəyir.

Qeyd edək ki, 2011-ci ilin yayında Almaniya energetika sahəsində islahatlara başladığını elan edib. Hökumət 2022-ci ilədək atom elektrik stansiyalarından imtina etməyi və 2050-ci ilədək tamamilə bərpa olunan enerji mənbələrinə keçməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR