Bank Of Baku

Ukrayna Moldovaya elektrik enerjisi nəqlini dayandırıb

Ukrayna Moldovaya elektrik enerjisi nəqlini dayandırıb
# 02 aprel 2012 07:08 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna Moldovaya elektrik enerjisi nəqlini dayandırıb. “APA-Economics”in RBK-ya istinadən xəbərinə görə, bu barədə Moldova hökumətindən məlumat verilib.

Bildirilib ki, buna səbəb tərəflər arasında elektrik enerjisinin nəqlinə dair qüvvədə olan sazişin vaxtının başa çatması və yeni saziş üzrə razılığa gəlinməməsidir. Moldova Ukraynanın “DTK Pauer-Treyd” MMC-dən elektrik enerjisinin 1 kVt/saatına görə 7-7,5 sent ödəməkdən imtina edib. Əvvəllər bu qiymət 6,1 sent təşkil edib.

Moldova İqtisadiyyat Nazirliyindən bildirilib ki, aprelin 1-dən ölkənin elektrik enerjisinə olan tələbatının 75%-ni separatçı Dnestryanı bölgəsində yerləşən və Rusiyanın “İnter RAO EES” şirkətinə məxsus Moldova SES təmin edir, qalan 25% isə ölkənin öz mənbələri hesabına təmin olunur. Hazırda tərəflər arasında razılaşdırılan son qiymət 6,9 sent olsa da, Moldovanın elektrik paylayıcı şirkətləri bu qiymətin də aşağı salınacağına ümid edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR