Bank Of Baku

Azərbaycanda qazdan istifadəyə görə ödəniş üçün SMART-kartları istənilən bankda yükləmək mümkün olacaq

Azərbaycanda qazdan istifadəyə görə ödəniş üçün SMART-kartları istənilən bankda yükləmək mümkün olacaq
# 02 aprel 2012 11:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gündən etibarən Azərbaycan vətəndaşları ölkədə fəaliyyət göstərən bütün banklarda qazdan istifadəyə görə ödəniş üçün SMART-kartları yükləyə biləcəklər. Bu barədə «APA-Economics»ə «GoldenPay» şirkətindən bildirilib.

Şirkətdən bildirib ki, Azərbaycan Beynəlxalq Bankı istisna olmaqla bütün banklar kart-riderlərlə təchiz ediləcək ki, bu da vətəndaşlara kartları birbaşa bankların filial şəbəkəsində nağd vəsaitlə yükləməyə imkan verəcək.

Bununla yanaşı, «GoldenPay» şirkəti bu ilin aprel ayının sonunadək əhali üçün kart-riderlərin kütləvi reallaşdırılmasına başlamağı planlaşdırır ki, bu da qaz sayğaclarının SMART-kartlarını internet şəbəkəsi vasitəsilə yükləməyə imkan yaradacaq.

Kart-riderlərin qiyməti 30 manat təşkil edəcək. Bu kart-riderlər elektron sənədlərin rəqəmsal imzasının təminatı zamanı istifadə edilə bilər.

Qeyd edək ki, hazırda SMART-kartın yüklənməsi «Pay-Point» özünəxidmət terminalları vasitəsilə həyata keçirilir. Belə terminalların sayı hazırda 315 ədəd təşkil edir. Bu ilin ikinci rübündə bu qurğuların sayının daha 100 ədəd artırılması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR