Bank Of Baku

Çin Milli Enerji Təşkilatının sabiq rəhbəri: “İrana qarşı sanksiyalar dünya iqtisadiyyatına zərər vurur”

Çin Milli Enerji Təşkilatının sabiq rəhbəri: “İrana qarşı sanksiyalar dünya iqtisadiyyatına zərər vurur”
# 02 aprel 2012 15:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Çin İrandan ehtiyacı olduğu qədər neft idxal edəcək”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Çin Milli Enerji Təşkilatının sabiq rəhbəri Janq Qobao deyib.

O bildirib ki, İrana qarşı neft sanksiyası dünya bazarında neftin qiymətinin artmasına səbəb olub: “Çin hökuməti ABŞ və digər ölkələrin İrana qarşı qəbul etdiyi neft sanksiyasına qoşulmur. Rəsmi Pekin ABŞ siyasətinə görə deyil, ehtiyacı olduğu qədər İrandan xam neft idxal edəcək”.

J.Qobao əlavə edib ki, Qərbin İrana qarşı sanksiyaları Pekinlə Tehran arasında ticarət əlaqələrinə təsir etməyəcək: “İrana qarşı neft sanksiyası yalnız dünya iqtisadiyyatına zərər verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR