Bank Of Baku

Tacikistan prezidenti: “Sanksiyalar İrana təsir etməyəcək”

Tacikistan prezidenti: “Sanksiyalar İrana təsir etməyəcək”
# 03 aprel 2012 12:31 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Sanksiyalar və beynəlxalq təzyiq İrana qətiyyən təsir etməyəcək”. APA-nın məlumatına görə, bunu Tacikistan prezidenti İmaməli Rəhmon deyib.

O bildirib ki, İrana qarşı sanksiyalar dünya bazarında neftin qiymətinin qalxmasına səbəb olur: “ Bu isə neft idxal edən ölkələrə zərər verir”.

Tacikistan-İran münasibətlərini dəyərləndirən İ.Rəhmon əlavə edib ki, sanksiyalar hər iki ölkə arasında əlaqələrə təsir edir: “Lakin bu vəziyyət tək Tacikistana aid deyil. Sanksiyalar İrandan neft alan Avropa ölkələri və Yaponiyanın da bu dövlətlə əlaqələrinə təsir edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR