Bank Of Baku

Azərbaycan avtomobil benzininin ixracını 23% artırıb

Azərbaycan avtomobil benzininin ixracını 23% artırıb
# 03 aprel 2012 14:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 5 922 ton avtomobil benzini, 80 028 ton dizel və 7 762 ton təyyarə yanacağı ixrac edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlki ayına nisbətən benzin ixracı 22%, təyyarə yanacağı 39,3% azalıb, dizel yanacağının ixracı isə 27,4% artıb.

Ümumilikdə, 2012-ci ilin yanvar-mart ayları ərzində 19 174 ton avtomobil benzini, 244 171 ton dizel yanacağı, 30 772 ton təyyarə yanacağı ixrac edilib: «Ötən ilin birinci rübü ilə müqayisədə benzin ixracı 22,7%, təyyarə yanacağının ixracı 27,1% artıb, dizel yanacağının ixracı isə 30% azalıb».

Qeyd edək ki, 2012-ci ilin mart ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) – 1 148,49 ABŞ dolları, təyyarə yanacağı – 1 074,08 dollar, dizel yanacağı – 1 020,94 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 762,17 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR